Qız qalasında intihar

29 Dekabr 2014 12:21 (UTC+04:00)
Qız Qalasında intihar qeydə alınıb. 

Hüquq-mühafizə orqanları əməkdaşlarından ANS PRESS-ə verilən məlumata görə, meyitin təxminən 55 yaşlı şəxsə məxsus olduğu ehtimal edilir.

Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi mətbuat xidmətinin rəhbəri Rahib Azəri də faktı təqdiqləyərək həmin şəxsin özünü Qaladan atdığını bildirib.