“Google” internet sürətini artırıb

27 İyul 2012 16:38 (UTC+04:00)

Movqe.az xəbər verir ki, "Google" ABŞ-ın Kanzas bölgəsində sınadığı ultra sürətli internet xidmətilə geniş miqyaslı internet sürətini 100 dəfə artırdığını bildirib. "Google Fiber" olaraq da bilinən yeni internet xidməti hazırda yalnız Kansasın bəzi bölgələrində fəaliyət göstərir. Rəsmilər tərəfindən edilən açıqlamada ultra sürətli internet xidmətini istifadə edənlərin saniyədə 1 gigabit məlumat transferi edə biləcəyi və bu səbəblə artıq internetdə gözləmə dövrünün sona çatacağını ifadə edilib. Indi istifadəçilər "Google"ın yeni texnologiyası sayəsində böyük faylları çox sürətli bir şəkildə paylaşa , onlayn təhsil ya da sağlamlıq xidmətləri kimi sahələr üçün lazım olan yüksək sürətli internet texnologiyasını əldə edə biləcəklər. Şirkət səlahiyyətliləri ultra sürətli fiber internetin aylıq haqqının ayda 70 dollar olacağını, buna əlavə olaraq Nexus 7 tablet kompüter TV paketini də almaq istəyənlərin ayda 120 dollar ödəyəcəyini ifadə edib. Digər tərəfdən, xidmətdən faydalanmaq istəyənlər 300 dollarlıq bir konfiqurasiya əvəzini ödədikdən sonra normal geniş diapazonlu interneti pulsuz seçmə şansı əldə edəcək. Kanzasda yaşayan əhalinin yalnız dörddə birinin evində geniş diapazonlu internet var.