Həyat yoldaşından qorxdu və özünü çaya atdı

27 İyul 2012 19:00 (UTC+04:00)

Movqe.Az bildirir ki, Çində qumar masasında uduzan və arvadından qorxan ər, içkinin təsiriylə özünü çaya atıb. Dayaz axıntıdan sürünməyə başlayan sərxoş adam, özünü qurtarmaq istəyənlərə çətin anlar yaşadıb. Köməyə gedənlərə müqavimət göstərən 40 yaşındakı Uanq Ji, ətrafdakıları çaşdırıb. Həqiqət sonradan ortaya çıxıb. Qumar masasında uduzan Uanqın həyat yoldaşından qorxduğuna görə evə qayıda bilmədiyi üçün özünü çaya ataraq ölmək istədiyini söylədiyi məlum oldu.