Gəncədə yol qəzası baş verib

27 İyul 2012 22:30 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Gəncənin əsas küçələrindən birində yüksək sürətlə hərəkət edən avtomobil qəza törədib.

Hadisə ötən gün saat 19:00 radələrində baş verib. nəticədə işıq dirəyi və avtomobil od tutub yanıb. 90 XN 869 nömrəli "Mersedes" markalı, Aqil Ələkbərov tərəfindən idarə olunan avtomobil işıq dirəyinə çırpılıb. Zərbənin gücündən maşın alovlanıb. Hadisə zamanı sürücü yalnız yüngül xəsarətlər alsada, avtomobil yararsız hala düşüb.

Türkan Nadirqızı

Movqe.Az