Londonun “Straford” stadionunda XXX Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib

28 İyul 2012 11:13 (UTC+04:00)
APA-nın verdiyi xəbərə görə, London Olimpiadasında 204 ölkədən 10500 idmançı 302 medal dəsti uğrunda mübarizə aparacaq. Yarışlar 36 idman növü üzrə keçiriləcək. 
Olimpiadanın ilk qalibi bu gün 10 m məsafəyə pnevmatik tüfəngdən atəş açma növündə müəyyənləşəcək. 
Xatırladaq ki, London Olimpiadaya 3-cü dəfə ev sahibliyi edir. Britaniyanın paytaxtında 1908 və 1948-ci illərdə Olimpiada oyunları keçirilib. 
XXX London Olimpiadasında Azərbaycan rekord sayda - 53 idmançı ilə 15 idman növü üzrə təmsil olunub. Bunlardan 39-u kişi, 14-ü qadındır. Azərbaycan idmançılarının əsasən boks, güləş, cüdo, ağırlıqqaldırma, taekvondo, bədii gimnastika, kanoe və akademik avarçəkmə idman növləri üzrə medal qazanması ümidvericidir. 
Azərbaycan Yay Olimpiya Oyunlarına müstəqil ölkə kimi 5-ci dəfədir qatılıb.