2015-ci il üçün bədbin proqnoz
2 Yanvar 2015 21:04 (UTC+04:00)
2015-ci il ərzində neftin 1 barelinin qiyməti 50
dollardan aşağı düşə bilər.
Movqe.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Böyük
Britaniyanın "Financial Times" qəzeti yazıb.
Qəzet cari ildə neftin kəskin ucuzlaşmasına iki səbəb bildirir.
Birinci səbəb kimi ABŞ tərəfindən şist qaz hasilatının
artırılmasıdır. Bununla belə, nəşrin jurnalistləri hesab edir ki,
Səudiyyə Ərəbistanı və OPEC-in digər üzvləri ABŞ-ın bu addımına
cavab vermək iqtidarında deyil.
İkinci səbəb kimi bazardakı tələbin keçən ilin ikinci yarısında
olduğu kimi az olmasıdır.