Alimlər həyat tərzi və qidalanmaya görə insanları üç geniş qrupa
bölüblər:
- "ziyafətdəkilər" - doymaq hissi olmadığından daim yeyənlər
- "atışdıranlar" - yemək haqda düşünməməyi bacarmayanlar
- "emosional aclar" - müxtəlif problemləri yaranan zaman onları
yeməklə "yeyənlər".
Tədqiqatçıların fikrincə, hər bir qrup müəyyən pəhriz növünə fərqli
reaksiya verir.
Onlar üç nəzəriyyəni 75 könüllü (hər qrupda 25 nəfər) üzərində 3 ay
müddətində sınaqdan keçiriblər.
Bu qrupları identifikasiya edərək alimlər onların hər biri üçün
xüsusi pəhrizlər hazırlayıblar.
Məlum olub ki, "daim atışdıranlar" üçün 5:2 pəhrizi uyğundur
(həftənin iki günü 800 kaloridən artıq yeməmək, sonrakı 5 gün isə
adi qaydada qidalanmaq).
"Emosional acları" psixoloji zərbələr zamanı yalnız yaxınlarının
dəstəyi çox yeməkdən xilas edə bilər.
Özlərini daim "ziyafətdə" hiss edənlər isə pəhriz seçmədən öncə çox
yeməklərinin səbəbini axtarmalıdırlar. Çünki problem bir tərəfdən
metabolizmin xüsusiyyətlərindən asılıdırsa, digər tərəfdən dərin
psixoloji kökləri ola bilər, burada isə tibb işçilərinin məsləhəti
vacibdir.