Gənclik nomofobiyanın təsirindədir

11 Aprel 2012 16:47 (UTC+04:00)

Mövqe.az xəbər verir ki , gənclik nomofobiya xəstəliyinə tutulub. 18-24 yaş arasındakı gənclər bir gün belə olsa mobil telefonsuz qalma fikrinə dözə bilmir. Psixploji olaraq bu vəziyyətdən təsirlənən gənclərin sayı sürətlə artmaqdadır.

İngilis dilindəki "no mobile phobia" dan yaranan "nomofobiya" termini yaxud cib telefonundan məhrum qalma qorxusu, xüsusilə ictimai şəbəkələrə müntəzəm olaraq bağlı qalmaq istəyən gənclərə təsir edir. Bu termin ilk dəfə 2006-cı ildə İngiltərədə işlədilib.

2012-ci ildə isə Avropa və Amerikada aparılan araşdırmalar yeni nəslin artıq bir gün belə cib telefonsuz qala bilməyəcəyini göstərib. Xüsusilə 18-24 yaşlarındakı gənclərdə 'cib telefonsuz yaşaya bilmərəm ' deyənlərin nisbəti yüzdə 76-ya çatıb. ABŞ-dakı SecurEnvoy adlı şirkət tərəfindən edilən araşdırmaya qatılanların yüzdə 40-ı iki mobil telefonuna sahib olduqlarını deyib.

Fransada ötən ay edilən bənzər bir araşdırmada da Fransızların yüzdə 22-si cib telefonları olmadan bir gün belə yaşaya biləcəklərinin "qeyri-mümkün" olduğunu söyləyib. Texnoloq Damien Douani telefonla danışmağın ya da mesaj atmağın 'nomofobiya' olaraq qeydlərə keçdiyini söyləyib. Douani "Gənclik artıq telefona bağlıdır. Hətta davamlı mesaj atdıqları üçün onlara" baş barmaq nəsli "belə deyilir. Mobil internetlə ağıllı telefon artıq 10 min

SMS sürətindədir" .


Əfqanə Məzahirqızı