3-cü mikrorayonda mövcud 5 binanın arxasında təmizləmə və sahmanlama işləri aparılır. Belə ki, sovet dönəmində sakinlər tərəfindən zəbt edilmiş və qanunsuz hasarlanmış bağlar tamamilə sökülür. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı Mənzil İstismar Sahəsinin rəisi Kərim Musayevin sözlərinə görə, ərazi illərdir yığılıb qalan məişət və inşaat tullantılarından da təmizlənir. Hazırda ərazidə 2 traktor, 1 qreyder və bir neçə yük maşını qurumuş ağacların daşınmasını həyata keçirir.
Türkan Nadirqızı
Movqe.Az