Neftçilər prospekti 2 ay sonra istifadəyə veriləcək

30 İyul 2012 13:48 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Bakının Neftçilər prospekti bundan sonra da 2 ay bağlı olacaq. 

Neftçilər prospektində bu ayın ortalarından başlayan təmir-tikinti işləri bundan sonra hələ 2 ay davam edəcək. Hal-hazırda prospektdə kommunikasiya, rabitə, su və kanalizasiya xətləri dəyişdirilir və mövcud xətlərin yerləri dəyişdirilir. Məlumata görə, bu işlər avqustun 10-na qədər yekunlaşacaq. Tamamiylə isə işlər ən tez sentyabrın sonu-oktyabrın əvvəllərində yekunlaşacaq.

Türkan Nadirqızı

Movqe.Az