Bu qadın kimdir?

30 İyul 2012 15:45 (UTC+04:00)

Movqe.Az bildirir ki, London 2012 Olimpiya Oyunlarının açılış mərasimində hindli karvanın arasına qarışan bir qadın təşkilatçıları çətin vəziyyətdə qoyub. 

Kim olduğu uzun müddət müzakirə edilən, qırmızı köynək və mavi şalvarlı qadının iştirak etməməsinə baxmayaraq, karvanın ən ön sırasında 20 dəqiqə boyunca gedə bilməsi, təşkilatın təhlükəsizlik işçilərinin narahatlıqlarını gündəmə gətirib. Bu istiqamətdəki iddiaları rədd edən İngiltərə Olimpiada Komitəsinin başçısı Sebastian Koe, "Düşünürəm ki, o qadın həddindən artıq həyəcana qapılmış təşkilatın işçilərindən biridir. Əslində o, orada olmamalı idi.." sözlərini bildirib. Qrupla heç bir əlaqəsi olmayan bu qadının sıraya girməsindən narahat olan hindli qrupun başçısı Muralidharan Raja, vəziyyətin böyük bir təhlükəsizlik zəifliyini ortaya çıxardığını açıqlayıb bə bildirib ki, "Əgər bu hadisə Hindistanda baş versəydi, insanlar "Baxın siz bu oyunları təşkil edə bilmirsiniz, təhlükəsizlik zəifliyi var." şəklində tənqid edərdilər və əminəm ki, bəzi insanlar biletləri yandırıb evə qayıdardı."

Olimpiya Oyunlarının cümə axşamı edilən möhtəşəm açılışında 200-ə yaxın ölkədən 10 min idmançı keçid mərasiminə qatılıb. London Olimpiada Stadionunda keçirilən mərasimi bir çox ölkənin başçıları da izləyib.