Ukrayna parlamenti qarşısında nümayiş keçirilib

30 İyul 2012 15:50 (UTC+04:00)
Movqe.az xəbər verir ki, bu gün Ukrayna Parlamenti qarşısında toplaşan 2 min 500-dən çox müxalifət partiyalı qrup rus dilinin rəsmi dil olmasını qəbul edən qanuna etiraz edib. Aktivistlər erkən saatlardan Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun Ana Vətən (Batkivşçina) Partiyası və Azadlıq (Svoboda) Partiyasının bayraqları ilə birlikdə parlament qarşısında toplaşıb. Təxminən min polis isə parlament ətrafında təhlükəsizlik dəhlizi yaradaraq, aktivistlərin parlament binasına daxil olmasının qarşısını alıb. Etirazçılar əllərində; "Ana dilini qoru", "Rus imperializmi rədd ol", "Yanukoviçin Ukraynafobisinden Utanırıq" sözləri yazılan plakatlar daşıyıb. Müxalifət partiyasının rus dilinin rəsmi dil olmasını nəzərdə tutan qanunun ləğv edilməsi təklifi isə rədd edilib. Hazırda tətildə olan Ukrayna Parlamentinin 4 sentyabrda fəaliyyət göstərməsi gözlənilir.