İqtisadi böhran nazirlərə də təsir edib

30 İyul 2012 15:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İspanyada baş verən iqtisadi böhran nazirlərdən də təsirsiz keçməyib. Belə ki, İspaniya iqtisadiyyatındakı qeyri-müəyyənlik, hökumət üzvlərinin bu ili tətilsiz keçirməsinə səbəb olacaq kimi görünür. Normal şərtlərdə avqust ayını tətildə keçirən baş nazir və digər nazirlər bu il işləmək məcburiyyətində qalacaq. Baş nazir Mariano Racoy 3, 24 və 31 avqust tarixlərinə nazirlər kabineti toplantısı təyin edib. Bu tarixlərin çoxalma ehtimalının da olduqca yüksək olduğu deyilir. Mövzuyla əlaqədar "Gələn il tətil fürsəti olacaq" şərhini deyən baş nazirlik qaynaqları, artan işsizlik səviyyəsi və iqtisadi böhrandan ötəri keçmiş hökumətdə də olduğu kimi, son 2 ildir, buna bənzər qərarların alındığını xatırlatdıb. Racoy da ailəsi ilə birlikdə hər il tətilini keçirdiyi Galiçya bölgəsinə bu il yalnız bir neçə günlüyünə gedəcək. Nazirlər də həmçinin bir neçə günlük tətilə çıxacaq.