Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Xezerxeber.com-a verilən məlumata görə, yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 18:00-dək Sabunçu, işlər başa çatanadək isə Binəqədi, Nizami və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.