6 ən güclü təbii antibiotik
15 Yanvar 2015 17:43 (UTC+04:00)
Sarımsaq
Sarımsağın içərisində olan "allicin" maddəsi
əsrlərdir insanları xəstəliklərə qarşı qoruyur. O, yaranın mikroba
yoluxub qan zəhərlənməsinə yol açmasının da qarşısını
alır.
Soğan
Sarımsaq ilə eyni ailəyə mənsub olan soğan,
xüsusilə böcək və heyvan dişləmələrində dezinfeksiyaedici olaraq
istifadə edilir.
Zəncəfil
Zəncəfil 200 ildən çox bir müddətdir alternativ
tibb sahəsində ana maddə olaraq istifadə edilməkdədir.
Antiimflamatuvar və antibakterial xüsusiyyətləri var. Qan şəkərində
tarazlıq yaradır, ürək sağlamlığını dəstəkləyir və ağrı kəsici
olaraq istifadə edilir.
Sarıkök
Cazibədar bir rəngi olan zərdəçal bədəni
bakteriyalardan qoruyur. Dəri xəstəliklərinə yaxşı gəldiyi və
yüngül kəsikləri yaxşılaşdırdığı deyilir. Daxili orqanlarımızdan
qaraciyər, ürək və həzm sistemi orqanlarına
faydalıdır.
Bal
Möcüzəvi qida deyincə ağla gələn ilk adlardan olan
bal, alternativ tibb üçün olmazsa olmazlardandır. Antiviral,
antiseptik, antienflamatuvar və antibakterial təsirləri var. Bəzi
növ bakteriyaların böyüməsini mane olur.
Yaşıl çay
"Nortvestern" Universitetinin araşdırmaçıları
yaşıl çayın tərkibində olan bəzi birləşmələrin bədənə zərər
verməsinin qarşısını aldığını aşkar ediblər. Yaşıl çay immunitet
sistemini gücləndirir, infeksiyalara qarşı bədənin müdafiə
sistemini dəstəkləyir.