Dünyanın ən zəif avtomobili - FOTOLAR
30 İyul 2012 19:22 (UTC+04:00)
Movqe.Az bildirir ki, Bu avtomobilin 4
təkəri və 2 qapısı var. Görünüşü də Ferrari FXX-lə eynidir. Ancaq
bu avtomobil ən çox saatda 20 kilometr gedə bilir. "Fahrradi
Farfalla FFX" adı verilən bu avtomobil, Ferrarinin FXX modelindən
ilhamlanaraq hazırlanıb. Avstriyalı sənətçi Cohannes Langederin
qrupuyla hazırladığı avtomobil, çox təəssüf ki, Ferraridən geri
qalır. Langederin dizaynında, həm Ferrarinin FXX modelindən,
həm də internetdə tapdıqları digər dizaynlardan istifadə edilib. Ən
çox 2 adamın otura bildiyi bu avtomobilin qiyməti rəsmi olaraq
açıqlanmır. Ancaq internetdəki bəzi qaynaqlar 1.2 milyon avrodan
satılacağını söyləyir. Adı alman dilindən tərcümədə velosiped
mənasını verən "Fahrrad" sözü ilə, italyancada kəpənək mənasını
verən "Farfalla"nın birləşməsindən meydana gəlib.
Bu avtomobilin qapıları kəpənək kimi hərəkət edir. "Kəpənek
mexanizmi" sayəsində bu avtomobil hərəkət etdikcə yuxarıya
açılan qapılar da qanad kimi yuxarı və aşağı hərəkət edir. Bunun
sayəsində də hərəkət əsnasında "Fahrradi Farfalla FFX" yüngülcə
yerdən yuxarı yüksəlib alçalır.
Avtomobilin qabaq və arxa faralarında təxminən 200 ədəd ultra
güclü LED istifadə edilib. Bunun sayəsində isə avtomobildən gecə də
istifadə etmək mümkün olur.