Yaponların yeni oyuncağı - FOTOLAR
31 İyul 2012 11:40 (UTC+04:00)
Movqe.Az bildirir ki, Yaponiyanın
paytaxtı Tokioda keçirilən bir festivalda cizgi filmləri xatırladan
nəhəng robot nümayiş edilib. Möcüzələr festivalının ən çox maraq
doğuran hissəsi "Kuratas" adlı robotun nümayişi olub. Dörd metr
hündürlüyə, dörd ton ağırlığa və dörd ayağa sahib olan bu robot həm
içərisində oturaraq insan tərəfindən, həm də 3G şəbəkəsi sayəsində
uzaqdan idarə edilə bilir. Yapon cizgi filmlərindəki xarakterləri
xatırladan bu robotun iki ədəd də qolu var. Yaradıcıları bir milyon
dollara satılması gözlənilən "Kuratas" ın iş maşını deyil, oyuncaq
olduğunun vurğulayırlar.

