Musiqiçi problemlə üzləşdi
31 İyul 2012 13:30 (UTC+04:00)
Movqe.Az bildirir ki, İsveçrənin paytaxtı
Berndə bir musiqiçi milyon dollarlıq "Stradivarius" skripkasını
tramvayda unudub. Polisin verdiyi məlumata görə, musiqiçi
tramvaydan endikdən sonra skripkasını tramvayda qoyduğunu hiss edib
və dərhal polisə müraciət edib. Vaxt itirmədən maşinistə xəbər
verilib və tramvay dayandırılıb, ancaq skripka tapılmayıb.
Təhlükəsizlik kameraları qeydlərini araşdıran polis, skripkanı
aparan adamı təsbit edərək elan verib. Skripkanı tapan adam elandan
xəbərsiz, növbəti gün bu qiymətli musiqi alətini Bern itkin əşya
bürosuna gətirib. Skripkasına qovuşan musiqiçi aləti tapan adamla
tanış olacağını söyləyib.
17-ci əsrdə İtaliyada yaşayan musiqi aləti istehsalçısı Antonio
Stradivari tərəfindən əllə hazırlanmış skripkaların ən böyük
xüsusiyyəti digər skripkalarda olmayan səsə malik olmalarıdır. Hələ
də bu skripkaların bu xüsusiyyətə necə sahib olduğu bilinmir.
Hal-hazırda təxminən 650 "Stradivarius" alət olduğu güman
edilir.