Balakəndə 15 yaşlı oğlana görə qardaşı ölüb

31 İyul 2012 13:57 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Balakəndə ağır yol-qəza hadisəsi qeydə alınıb. 

Avtomobilin hərəkət istiqamətini itirən azyaşlı oğlan əks istiqamətə çıxaraq onu aşırıb. Məlumata görə, Balakən rayon sakini, 15 yaşlı Murad Əhmədov atasına məxsus, "VAZ-2109" markalı, 24BD269 dövlət nömrə nişanlı avtomobili Atatürk prospektində sürətlə idarə etdiyindən hərəkət istiqamətini itirərək onu aşırıb.

Qeyd edək ki, hadisə zamanı avtomobildə Muradın 19 yaşlı qardaşıda olub. Lakin hadisə nəticəsin də 19 yaşlı Məhəmməd Əhmədov yerində keçinib. Sürücü isə müxtəlif bədən xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Türkan Nadirqızı

Movqe.Az