"Əvvəl qadınlar və uşaqlar" qaydası tətbiq edilmir

31 İyul 2012 16:30 (UTC+04:00)

Movqe.az xəbər verir ki, gəmi qəzalarında qadın və uşaqlara görə daha çox kişilərin həyatda qaldığı təsbit edilib. Uppsala Universiteti elm adamları, tarixdəki 18 böyük gəmi qəzasını araşdırıb. Kişilərin həyatda qalma şansının qadınlara görə iki qat çox olduğunu təsbit edən elm adamları, uşaqların xilas olma şansının isə çox aşağı olduğunu qeyd edib. Yalnız 1912-ci ildə Titanik və 1852-ci ildə Birkenhead qəzalarında həyatda qalan qadın və uşaqların faizi kişilərinkindən yüksək olub. Titanik batanda qadın və uşaqların 70 faizi, kişilərin isə yalnız 20 faizi xilas olub. Elm adamları Maykl Elindera və Oskar Erikson bunda kapitanın müdaxiləsinin təsirli olduğunu, onun sayəsində əvvəl qadın və uşaqların gəmidən ayrıldığını bildirib. Elm adamları, istisnalar xaricində gəmi qəzalarında əvvəl heyətin canını qurtarmağa çalışdığını, bu səbəbdən həyatda qalma nisbətlərinin yüksək olduğunu, gəmini ilk tərk edənin kapitan olmasına da  sıx rast gəlindiyini deyib.