Ürəyimizə qarşı etdiyimiz 11 pislik

11 Aprel 2012 17:59 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, bədənimizdəki bütün orqanların bir funksiyası və danılmaz vəzifələri var. Lakin bunlar içərisində ürəyin yeri tamam fərqlidir..Beləki Ürək sanki həyatın aynası, qəlbin sağlamlığı və ya narahatlığıdır.Bu aynanın əks etdirdiyi görünüşlərdən qaynaqlanır.

Ürəyimiz çox qiymətlidir. Lakin çox vaxt onun qiymətini anlaya bilmirik.. Acıbadem Kadıköy Xəstəxanası Kardiyoloji Mütəxəssisi Prof. Dr. Sinan Dağdelen insanın ürəyinə edə biləcəyi ən böyük yaxşılıqların başında pəhrizin daynadığını söyləyib. O , ürəyimizə verdiyimiz 11 zərəri belə sıralayır:

1. Yuxudan gec oyanmaq və gec yemək

2. Acmadan yemək

3. Yatmadan əvvəl yemək

4. Düzgün qidalanmamq

5. Davamlı oturmaq, hərəkətsiz qalmaq

6. Idman etməmək

7. Müntəzəm olaraq həddindən artıq stressə məruz qalmaq

8. Yağ toxuması artımı ilə kökəlmək

9. Həddindən artıq spirtli içki qəbul etmək

10. Siqaret çəkmək

11. Ürəyimizi hər hansı problem yaranmadan xatırlamamaq

Ürək sağlamlığı mövzusundakı şüur ​səviyyəsinin hələ istənilən səviyyəyə gəlmədiyini, bu mövzuda bilmədiklərimizin olduğunu vurğulayan Prof. Dr. Sinan Dağdelen ürək xəstəlikləri mövzusunda ən çox maraqlanılan sualları belə cavablayır:


Bunlara diqqət

Xüsusilə sinə ağrısı, sinədətıxanma , tıxanma və ya yanma kimi hallar da ürək damar xəstəliklərinin erkən əlamətləri ola bilər. Bu şikayətlər sinənin sağ və ya sol tərəfində , qollarda, mədə üzərində, boyunda və ya çənəyədə ola bilər. Bununla belə tez yorulmaq, təngnəfəslik və ya nəfəs ala bilməmə hissi, pislik hissi, boğulan kimi olmaq, huşunu itirmə hissi kimi əlamətlərdə ürək xəstəliyinin xəbərcisi ola bilər.

Kişilərdə 40 yaşından sonra, qadınlarda isə 50 yaşından sonra ürək müayinəsi etdirmək vacibdir. Lakin əgər ailədə ürək xəstəsi olubsa 30 yaşında müayinə olunmaq əhəmiyyətlidir.


Əfqanə Məzahirqızı