Bursada qeydə alınan təkanlar İstanbulda da hiss edilib.
Türkiyədə güclü zəlzələ baş verib.
Movqe.az-ın anspress-ə istinadən məlumatına görə, Bursada 4,5 bal gücündə yeraltı təkanlar baş verib. Zəlzələ hətta İstanbulda da hiss olunub. Zəlzələ 4-5 saniyəyə qədər davam edib.
Təkanlar zamanı bəzi binalardan insanların çölə çıxdığı müşahidə edilib. Yerli sakinlər silkələnmənin təsirindən həyəcanlanıblar və təşvişə düşüblər.
Kandilli Rəsədxanasından bildirilib ki, yerli vaxtla saat 12:20-dəki zəlzələ Bursansanın Mustafakemalpaşa bölgəsində qeydə alınıb.
Zəlzələnin fəsadları barədə hələlik bir məlumat verilməyib.