Zirəddin Rzayev ermənilər ilə dostluq edir - Video

31 İyul 2012 23:33 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanın tanınmış ekstrasensi Z.Rzayev ermənilər ilə dostluq edir.

Qeyd edək ki, bu günlərdə Rusiyanın birinci kanalında  nümayiş olunan  "Gəl evlənək" ("Давай поженимся") verilişində qonaq olan Zirəddin Rzayevlə eyni proqramda olan müğənni Mart Romanov (Radiona Babayan) adlı erməni özünü onun dostu kimi təqdim edib. 

Bu haqda ekstrasens ANS-Press-ə müsahibəsində məsələyə aydınlıq gətirib. 

"Yox, Mart Romanov mənim dostum deyil, sadəcə, müğənni kimi tanışımdır. Mənim müğənni tanışlarım çoxdur. Onun soyadı rus soyadıdır. Demə, onun ata tərəfi erməni imiş.

Mən axı haradan biləydim ki, bunun əvvəlki soyadı "yan"dır. Sən bilərdimmi ki, qarşındakı rus soyadlı biri əslən ermənidir? Başladılar ki, Zirəddin erməni Babayan ilə kanallara çıxır. Bildirmək istəyirəm ki, mən ermənilərlə dostluq etmirəm", - deyə Z.Rzayev bildirib.

Türkan Nadirqızı

Movqe.Az