BQXK-nin nümayəndələri Ermənistanda saxlanılan azərbaycanlı əsirlə görüşüblər
1 Avqust 2012 11:14 (UTC+04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsinin
(BQXK) nümayəndələri Ermənistanda saxlanılan azərbaycanlı hərbi
əsirə baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla
Qəhrəmanovanın APA-ya verdiyi
məlumata görə, başçəkmə zamanı əsirə ailəsindən bir "Qızıl Xaç"
məktubu çatdırılıb, əsirdən isə iki "Qızıl Xaç" məktubu
alınıb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin
əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu qoşunların
təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı
bölmələrinə əsir düşüb.
Xatırladaq ki, hazırda Azərbaycanda Ermənistan vətəndaşları olan
bir ailə saxlanılır. Onlar 2010-cu ilin yanvarında Azərbaycan
tərəfə keçiblər.