Sevilən cütlük Təranə və Musa Musayevlər Xəzər
telekanalında yayımlanan "Hər şey daxil" verilişinin qonağı
olublar. Movqe.az xəbər verir ki, məlumat verir ki, Təranə Qumral
həyat yoldaşı Musa Musayev üçün toyuqbişirib. 21 ildir ki, ailəli
olan cütlük zəhmətləri ilə qazandıqları evlərində qonaqlarını
qarşılayıblar. Mətbəxə keçən Təranə Qumral mətbəxdə də necə
məharətli olduğunu göstərib. İlk dəfə toyuq doğrasa da,
qonaqlarının qarşısında ifaçı üzü qara çıxmayıb: "Alıram boynuma
ilk dəfədir ki, toyuq doğrayıram. Musa müəllim mənə baxanda
qidalanır. Neynir yeməyi? Musa üçün çox yeməklər bişirmişəm. Evdə
ən yaxşı nə varsa istəyirəm Musa üçün bişirim, yesin. Evdə bir dənə
nəsə olsa özüm başqa şey yeyərəm amma onu Musa üçün
saxlayaram". T. Qumral M. Musayevi çox sevdiyini etiraf edib:
"Qısqananlar çatlasın. Bizi ancaq ölüm ayıra bilər. O qədər
sevgimizdən danışdılar axır göz dəydi. Amma şükür indi hər şey
yaxşıdı. Biz bir-birinə ilk baxışdan aşiq olmuşuq. İndi də çox
xoşbəxtik".
Tanınmış sənətçilərin evindən maraqlı anları əks etdirən
video çarxı sizə təqdim edirik: