Bu gün Azərbaycanda Azərbaycan Əlifbası Günüdür

1 Avqust 2012 13:30 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, bu gün Azərbaycan Dili və Əlifbası Günüdür. 

2001-ci il iyunun 18-də prezident Heydər Əliyev ölkədə 2001-ci il avqustun 1-dən etibarən tamamilə latın əlifbasına keçilməsi ilə bağlı fərman imzalayıb. Avqustun 1- i ölkədə Azərbaycan Əlifbası və Dili Günü elan edilib.

Xatırladaq ki, bu gün istifadə edilən latın əlifbası ilk dəfə 1918-ci ildə Azərbaycanda Demokratik Cümhuriyyət qurulduqdan sonra istifadə edilib.

Türkan Nadirqızı

Movqe.Az