ABŞ-ın müdafiə naziri İsraildə

1 Avqust 2012 14:20 (UTC+04:00)
Movqe.Az bildirir ki, ABŞ müdafiə naziri Leon Panetta, İsrail Baş naziri Binyamin Netanyahu və Müdafiə Naziri Ehud Barak ilə görüşmək üzrə Qüdsə gəlib. Panettanın Netanyahu və Barak ilə danışıqlarında İran və Suriya başda olmaqla regional inkişafların ələ alınması gözlənilir. Orta şərq dövrü daxilində Tunis və Misiri ziyarət edən Panetta, İsrail mətbuatında iştirak edən və İsrailli səlahiyyətlilərə ABŞ-ın İrana hərbi əməliyyat tənzimləmə planları ilə əlaqədar məlumat verəcəyi istiqamətindəki iddiaları yalanlayıb. Panetta, görüşmələrində İranın nüvə proqramının gətirib çıxaracağı təhdidlər və bölgədəki inkişaflarla əlaqədar kəşfiyyatla bağlı mövzuların gündəmə gələcəyini ifadə edib. ABŞ müdafiə naziri Panettanın İsraildəki təmaslarını tamamladıqdan sonra İordaniyaya keçməsi gözlənilir.