İsmayıllıda 5 uşaq atası intihar etdi

1 Avqust 2012 15:16 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanın İsmayıllı rayonunda 5 uşaq atası özünü öldürüb.

Məlumata görə, İsmayıllı rayonunda 5 uşaq atası odlu silahla özünü öldürüb.

Lahıc qəsəbə sakini, 1964-cü il təvəllüdlü, 5 uşaq atası, işsiz İsa Heydər oğlu Hüseynov evində ov tüfəngindən atəş açaraq özünü öldürüb. İsa Hüseynovun hansı səbəbdən intihar etdiyi hələ də məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Türkan Nadirqızı

Movqe.Az