Fransada Wi-Fi yasaqlandı
31 Yanvar 2015 18:06 (UTC+04:00)
Fransada uşaq bağçalarında naqilsiz internet təminatçısı Wi-Fi
(Wireless Fidelity) yasaqlandı.
Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, buna
cihazın yaydığı elektromaqnetik şüaların uşaqlar üçün daha
təhlükəli olması barədə təşvişlər səbəb olub.
Qanunun 3 yaşdan kiçik uşaqların olduğu bağçalarda qüvvədə olduğu
bildirilir.
Bundan başqa, kiçik yaşlı uşaqların naqilsiz qulaqlıq və s. bu kimi
cihazlardan istifadə etməsi də məsləhət görülmür.
Bir çox Avropa ölkələrində isə elektromaqnetik dalğaların xərçəng
və s. xəstəliklər yaratması fikri getdikcə qüvvətlənir.