Moskvada ictimai nəqliyyatda gediş haqqı artırıldı

1 Fevral 2015 11:15 (UTC+04:00)
Moskvada ictimai nəqliyyatda gediş haqqı fevralın 1-dən orta hesabla 7 faiz artırılıb.

Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Moskva Nəqliyyat Departamenti rəhbərinin müaviniAlina Bisembayevabildirib.

Belə ki, şəhər nəqliyyatının bütün növlərində istifadə olunan vahid gediş biletinin qiyməti bir gediş üçün 40 rubldan (45 qəpik) 50 rubladək (57 qəpik), iki gediş üçün isə 80 rubldan (90 qəpik) 100 rubladək (1 man 14 qəpik) artıb.

Qeyd edək ki, Moskvada ictimai nəqliyyatda gediş haqqı bundan əvvəl ötən ilin iyunun 1-də artırılmışdı.