Microsoftdan yeni e-poçt xidməti: “Outlook”

1 Avqust 2012 15:06 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Microsoft bir neçə aydır üzərində çalışdığı yeni xidmətini rəsmi olaraq ortaya çıxarıb. Yeni bir e-poçt xidməti üzərində bir neçə aydır çalışan Microsoft gərgin işlərini tamamladı və yeni e-poçt platforması Outlook.com -u rəsmi olaraq nümayiş etdi. Microsoft-un yeni e-poçt xidməti, vaxta qənaət etmənizi təmin edəcək bəzi xüsusiyyətlərə malikdir və e-poçt təcrübənizi tamamilə dəyişdirməyi planlaşdırır. Xidmət gizlilikdən reklam mövqelərinə qədər hər şeyi diqqətinizi dağıtmadan daha sürətli etməniz üçün hazırlanıb. Xidməti istifadə etmək üçün qeydiyyatdan keçmək lazımdır. Hotmail.com və ya Live.com e-poçt ünvanınız varsa hesabınızı Outlook.com -a yüksəltməniz də mümkündür ("Seçmələr" menyusundan "Outlook.com-a yüksəlt" i seçərək). Lakin bu zaman adınız dəyişmir.