Ukrayna üzrə əlaqə qrupunun görüşü başa çatıb

1 Fevral 2015 15:05 (UTC+04:00)
Ukraynanın şərqində vəziyyətin nizamlanması üzrə əlaqə qrupunun Minskdə keçirilən görüşü başa çatıb.

Movqe.Az AzərTAc-a istinadən bildirir ki, Belarusun paytaxtında aparılan danışıqlarda Ukraynanın sabiq prezidenti Leonid Kuçma, qondarma Donetsk və Luqansk "respublika"larının səlahiyyətli nümayəndələri Denis Puşilin və Vladislav Deyneqo, həmçinin ATƏT sədrinin xüsusi nümayəndəsi Haydi Talyavini və Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov iştirak ediblər.

Görüş üç saatdan çox çəkib.

Qondarma "Donetsk Xalq Respublikası"nın səlahiyyətli nümayəndəsi Denis Puşilin danışıqların yekunu barədə mətbuat üçün bəyanat veriləcəyini bildirib.