Dəhşət: qadın yanaraq öldü

1 Fevral 2015 18:01 (UTC+04:00)
Bərdə rayonunda dəhşətli hadisə baş verib.

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qəhrəmanlı kəndində (rayon mərkəzindən 12 km aralı) 1941-ci il təvəllüdlüƏliyeva Güllü Əyyub qızına məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağında çarpayı və yataq dəsti yanıb.

Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı G.Əliyevanın cəsədi aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:41-də söndürülüb.

Faktla bağlı araşdırmalar aparılır.