İranlı diplomat öldürüldü

1 Avqust 2012 17:16 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Suriyanın paytaxtı Şamda yüksək vəzifəli İranlı diplomatın öldürüldüyü iddia edilib. Suriyada başda Şam olmaqla ölkə daxilində müxalif əsgərlər və rəhbərliydən asılı ordu arasında qarşıdurmalar getdikcə şiddətlənir. Qarşıdurmaların davam etdiyi ölkədə-paytaxt Şamda yüksək vəzifəli İranlı bir diplomatın öldürüldüyü deyilib. Əl Ərəbiyə televiziyasının müxaliflərə əsaslandırdığı xəbər Şamda yüksək vəzifəli İranlı bir diplomatın öldüyünü bildirib. İranlı diplomatın şəxsiyyəti və necə öldürüldüyü mövzusunda isə bir məlumat verilməyib.