Azərbaycanlı milyarder 700 milyon itirdi

1 Fevral 2015 20:08 (UTC+04:00)
Azərbaycanlı milyarder Vahid Ələkbərova məxsus "Lukoyl" şirkəti son beş il ilk dəfə Moskva birjasında "Rosneft"i keçməyi bacarıb.

Movqe.Az axar.az-a istinadən bildirir ki, bununla bərabər, şirkət London birjasında 0,7 milyardlıq geriləmə ilə üz-üzə qalıb.

Şirkətin Moskva birjasında kapitallaşması 2,42 trilyon rubl təşkil edib. Həmçinin yanvar ayında "Lukoyl"un səhmləri 26,3%, "Rosneft"inki isə 17,05% bahalaşıb. Lakin Ələkbərovun şirkəti qalibiyyətini uzun müddət davam etdirə bilməyib.

Qeyd edək ki, London birjasında son bir ay ərzində şirkətin kağızları 0,5% ucuzlaşıb.