Xəritədən silinmiş gizli şəhər

1 Fevral 2015 21:04 (UTC+04:00)
Rusiyada uzun illər giriş və çıxışı qapalı olan bu şəhər haqqında bir çoxlarının demək olar ki, məlumatı yoxdur.

Sovetlər Birliyi dövründə əhəmiyyətli strateji obyektlərin olduğu bir neçə şəhərə giriş-çıxış qadağan edilmişdi.

Zareçnı məhz bu şəhərlərdən biridir.

Mənbələrdə olan məlumata görə, SSRİ dövründə hətta bu şəhərin adı xəritəyə də salınmamışdı.

Movqe.Az axar.az-a istinadən bildirir ki, ətrafı tikanlı məftillərlə bağlanan şəhər uzun illər heç bir qonaq qəbul etməyib. Şəhər əhalisinin digər şəhər sakinlərinə məktub göndərmə istəyi də giriş-çıxışın bağlı olduğundan problemə çevrilmişdi.

Lakin SSRİ-nin 1991-ci ildə dağılmasından sonra Zareçnı də digər strateji əhəmiyyət daşıyan qapalı şəhərlər kimi dünyaya qapılarını açdı. Artıq bu şəhərə xarici qonaqlar və digər şəhər sakinləri rahatlıqla gedib-gəlməyə başladı.

Maraqlısı budur ki, şəhərin qapılarını açması ilə əhalinin böyük hissəsi şəhərdən uzaqlaşdı. 1986-cı ilin statistik göstəricilərinə görə, təxminən 1 milyon adamın yaşadığı şəhərdə hazırda 62 min insan var.