Zakir Qaralov görüş keçirəcək
2 Fevral 2015 11:03 (UTC+04:00)
Azərbaycan Respublikasının Baş prokuroru Zakir
Qaralov cari il fevralın 13-də saat 11:00-da
Şamaxı Rayon Prokurorluğunun inzibati binasında Şamaxı, İsmayıllı,
Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayonlarında yaşayan
vətəndaşların qəbulunu keçirəcəkdir.
Baş Prokurorluğun mətbuat xidmətindən Movqe.az-a verilən məlumata
görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şamaxı
şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən
həyata keçiriləcəkdir.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı
və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun
Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və
[email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula
yazıla bilərlər.