Sənəd qəbulu başlayır
2 Fevral 2015 11:15 (UTC+04:00)
Sabahdan etibarən ali təhsil müəssisələrinin magistratura
səviyyəsinə ərizə qəbulu başlanacaq.
Movqe.az-ın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) saytına
istinadən verdiyi məlumata görə, 2015-2016-cı tədris ili üçün ali
məktəblərin magistratura pilləsinə ərizə qəbulu fevralın 3-dən 12-ə
qədər davam edəcək. Bu müddət ərzində bakalavrlar elektron
ərizələri doldurmalıdırlar. Fevralın 22-də isə magistraturaya qəbul
imtahanının 1-ci mərhələsi keçiriləcək.
1-ci mərhələdə lazımi balı toplayan tələbələr aprelin 1-10-da
proqram seçimi edəcəklər. Qəbul imtahanının 2-ci mərhələsi isə
aprelin 26-da keçiriləcək. 7-12 may tarixlərində isə ixtisaslaşma
seçimi olacaq.
Qeyd edək ki, magistraturaya qəbul ola bilməyən tələbələr üçün boş
qalan yerlərə ixtisaslaşma seçimi iyunun 22-28-i arası olacaq.