Arvadını öldürən sabiq polis haqda qərar verildi
2 Fevral 2015 11:30 (UTC+04:00)
Bakı Apellyasiya Məhkəməsində arvadını öldürməkdə
təqsirləndirilən Dilavər Əhmədov-un
apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.
Movqe.az-ın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara
görə, D.Əhmədovun cəzası 9 ildən 8 ilə endirilib.
Qeyd edək ki, D. Əhmədov həyat yoldaşı Gövhər
Əhmədova-nı mübahisə zəminində boğaraq
öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D.Əhmədov 9 il
müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Dilavər
Əhmədov apellyasiya şikayəti verib.
Onu da qeyd edək ki, Dilavər Əhmədov əvvəllər polis nəfəri
vəzifəsində işləyib.