Ermənistanın son günlər cəbhədə verdiyi ağır itkilər ordu rəhbərliyində kütləvi istefalarla nəticələnib.
Movqe.az-ın məlumatına görə, Ermənistan Hərbi İnstitunun
rəhbəri, general-leytenant Martin Karapetyanın postundan istefa
verdiyi deyilir. Erməni KİV-lər istefanın Ali Hərbi məktəbin
kursantı Aykaz Barseqyanın əvvəlcə döyülərək öldürülməsi, sonradan
isə asılması ilə bağlı olduğunu desələr də əslində bu addımın
ordudakı son itkilərlə bağlı olduğunu yazanlar da var. Ermənistanın
işğalçı rejimi cəbhədə itkilərdən şoka düşərək təcili addım atmağa
məcbur olub. Ermənistanın zabit hazırlayan ali məktəbinin
rəhbərliyini dəyişməklə Sarkisyan erməni zabitlərinin peşəkarlığını
artıracağını güman edir. Bu addım kursantın intiharı ilə
əlaqələndirilməyə çalışılsa da Ermənistanda əslində məsələnin başqa
olduğunu dərk edənlər də var. Qeyd edək ki, istefaya gedən tək
general-leytenant Martin Karapetyan deyil. Ali Hərbi məktəbin bütün
rəhbər heyəti bir nəfər kimi Ohanyan tərəfindən vəzifədən
uzaqlaşdırılıb.
Qeyd edək ki, cəbhədə son olaraq ermənilər ağır itki veriblər.
Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı və görülən
qabaqlayıcı tədbirlər nəticəsində təxribat törətmək məqsədilə
minalanmış sahədən keçid açmağa cəhd göstərən düşmənin 6 nəfərdən
ibarət hərbi qulluqçusu tam məhv edilib.