Məzar oğrusu tutuldu

2 Fevral 2015 13:58 (UTC+04:00)

Azərbaycanda qəbristandan oğurluqda şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, oğurluq etdiyi üçün Aqil Diniyev saxlanılıb.

Masallı RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 2014-cü il oktyabr ayının 20-dən cari il yanvar 30-dək olan müddətdə törətdikləri əməllər də üzə çıxıb.

Belə ki, A.Diniyevin Masallı şəhər sakinləri Şahin Əsədullayevin, Anar Baxşıyevin, Racı Heydərovun və Yaşar Məhərrəmovun valideyinlərinin qəbir daşlarının üzərində mərmərdən olan güldanları oğurlaması müəyyən edilib.