Bakıda cinayətkar dəstə yaxalanıb

2 Fevral 2015 15:18 (UTC+04:00)

Onlar silsilə oğurluqda ittiham olunur.

Bakıda silsilə oğurluq edən şəxslər həbs edilib.

Movqe.az xəbər verir ki, Daxili İşlər Nazirliyi NMətbuat Xidmətinin yaydığı məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də Atamoğlan Eyvazovun evindən oğurluğa cəhd göstərən Bakı şəhər sakinləri İntizar Ağayev, Vüqar Qurbanov və Nurbəxşin Şirəliyev tutulublar.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların Alış Nağıyevə, Amil Xankişiyevə, Əlisəfa Mustafayevə, Aytəkin Piriyevaya, Əlislam Qasımova və Ramin Əbilova məxsus ev və avtomobillərdən pul, qızıl əşyalar və sənəd oğurlamaları, Famil Xankişiyevin evindən isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.