"İnternet-döyüşçülər" hazırlanacaq

2 Fevral 2015 15:26 (UTC+04:00)

77-ci briqadanın "döyüşçülər"inə kütləvi şüura təsir etməyi öyrədəcəklər.

Britaniya hakimiyyəti "Facebook", "Twitter" kimi sosial şəbəkələrdə işləmək üçün ordular yaratmağı planlaşdırır.

Movqe.az-ın anspress-ə istinadənməlumatına görə, bu "döyüşçülər"ə kütləvi şüura təsir etməyi öyrədəcəklər. 77-ci briqada Berkşir qraflığında yerləşəcək və 1,5 min hərbçidən ibarət olacaq. Bu hərbçilər "ölümcül olmayan" əməliyyatlar keçirəcək, sosial şəbəkələrdə yayılan xəbərlərə nəzarət edəcəklər.

Virtual ordu 2015-ci ilin aprelindən etibarən fəaliyyətə başlayacaq. Britaniyada belə ordunun yaradılması Ukraynadakı son hadisələrlə, həmçinin İŞİD-in fəaliyyəti ilə əlaqələndirilir.

Qeyd edək ki, İsrail və Amerika artıq bu tərz psixoloji əməliyyatlar həyata keçirirlər. Bəzi dövlətlərin isə qeyri-rəsmi "internet-qoşunlar"ı var.