Di Marianın evi hücuma məruz qalıb

2 Fevral 2015 15:55 (UTC+04:00)

"Manchester United"in futbolçusu Anhel Di Marianın malikanəsi naməlum şəxslərin hücumuna məruz qalıb.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, hadisə "Liecester City" ilə Premyer Liqa matçından bir neçə saat sonra baş verib. Şəxsiyyəti müəyyən edilməyən 3 quldur malikanənin pəncərələrini sındırsalar da, həyəcan siqnalı işə düşdükdən sonra oradan uzaqlaşıblar. Həmin vaxt Di Maria ailəsi ilə birlikdə evdə olub. Futbolçu və ailəsi təhlükəsizlik işçiləri tərəfindən mənzildən aparılıb və otelə yerləşdirilib.