“Alişanla məhkəməlik olacam” - azərbaycanlı meyxanaçı

2 Fevral 2015 16:21 (UTC+04:00)

Meyxanaçı Namiq Qaraçuxurlu türkiyəli ifaçı Alişanın "Eşqin vurduğu yerdə" adlı mahnısını oxuyacaq.

Movqe.az-ın məlumatına görə, sənətçi "Onlar"a açıqlamasında buna görə Alişandan icazə almadığını etiraf edib:

"Həmin mahnını milli alətlərimizdən –tardan, kamandan istifadə edərək, yeni formada səsləndirəcəm. Alişandan icazə almamışam, almayacam da. Yəqin buna görə iki ay sonra Alişanla məhkəməlik olacam. Amma bizim mahnını onlar icazəsiz ifa edəndə necə olur? Oxuyuram, məhkəməyə versə, silərəm. Dəfələrlə türk ifaçılar mənim mahnılarımı istəyiblər, qonorarsız vermişəm. İcazə işi uzun olacaq, dərinə getmək istəmirəm".