Təyyarədəki buterburoddan tikiş iynəsi çıxdı

1 Avqust 2012 16:16 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Kanada hava yolu şirkəti "Air Canada"nın Victoria-Toronto səfərini edən təyyarədə təklif edilən buterburoddan tikiş iynəsi çıxıb. "Toronto-Air Canada"nın spikeri Peter Fitzpatrik ötən gün bir sərnişinin buterbrodundan tikiş iynəsi çaxması xəbərindən sonra yemək aldıqları şirkətlə yüksək təhlükəsizlik tədbirlərinin alması üçün əlaqə saxlayacaqlarını bildirib. Fitzpatrik buna bənzər başqa bir hadisə ilə qarşılaşmadıqları, ötən günkü hadisə ilə əlaqədar polis istintaqı başladıldığını söyləyib. Delta Havayollarının Hollandiyanın paytaxtı Amsterdamdan ABŞ-ın Minneapolis, Seattle və Atlantaya kimi edilən səfərlərində 6 buterbrodda iynə olduğu təsbit edilmiş, bunların dördünü sərnişinlər tapmışdı. Hadisə Amerika Fedaral İstintaq Bürosunun (FBI) fəaliyyətini artırıb.