Misir məhkəməsindən 183 nəfər haqqında edam qərarı

2 Fevral 2015 17:17 (UTC+04:00)

Misir məhkəməsi 183 nəfər haqqında edam qərarı çıxarıb.

Movqe.az-ın məlumatına görə, Gizanın Kirdasə səmtində çevrilişə qarşı aksiya keçirənlərin məhkəməsi başa çatıb. "Kirdasə qətliamı" adlandırılan məhkəmə davasında 183 nəfərə ölüm hökmü çıxarılıb.

Qeyd edək ki, Misirdə Mursinin devrilməsi ilə nəticələnən hərbi çevriliş zamanı bəzi qruplar çevriliş əleyhinə aksiyalar təşkil etmişdi. Bu aksiyalara əsgər və polislər müdaxilə etmiş və çox sayda insan ölmüşdü.

Aksiyadan sonra həbs olunan yüzlərlə insan haqqında cinayət işi açılmışdı.