"Azəriqaz" İB xəbərdarlıq etdi

3 Fevral 2015 12:30 (UTC+04:00)

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi bütün abonentlərini xəbərdar edir ki, Respublika üzrə "Modenis" MMC-yə məxsus E-manat və "Komtec" LTD-yə məxsus MilliÖN ödəmə terminallarının server sistemində yeni avadanlıqların quraşdırılması həyata keçirildiyi üçün bu gün saat 24:00-dan etibarən 03.02.2015-ci il tarixdə saat 01:00-dək təbii qazdan istifadə məqsədi ilə Smart kart tipli qaz sayğaclarına pul yüklənilməsi üçün aparılan əməliyyatlarda 1 saatlıq fasilələr yaranacaq. Birlik qeyd olunan zaman ərzində abonentlərdən ödəniş üçün alternativ yollardan istifadə etmələrini tövsiyə edir.