Ərdoğanın köməkçisini mat qoyan sual: “Gülən ölüb?”

3 Fevral 2015 13:05 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi Bülənt Arınç mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Movqe.az saytı xəbər verir ki, B.Arınça verilən suallardan biri də "Gülən camaatı"nın lideri Fətullah Gülənin ölüb-ölməməsi haqda olub.


B.Arınç bu suala təəccübünü gizlətməyib. Ərdoğanın köməkçisi suala belə cavab verib: "Məni çox təəccübləndirdiniz. Əgər aprelin 1-i olsaydı, zarafat etdiyinizi düşünərdim. Bunu ilk dəfə eşidirəm və ciddi olduğuna inanmıram".


B.Arınç bu xəbərin hansı mətbuat orqanında çıxdığını soruşub. Jurnalist "Egenin sesi" qəzetində bu haqda xəbərin yer aldığını deyəndən sonra B.Arınç bu xəbərin ciddi olmadığını qətiyyətlə bildirib.


"Bu xəbərin dəqiq olmadığına əmin oldum. Allahım, sən bizim ağlımızı qoru" - deyə B.Arınç cavab verib.