Oğul atasından polisə şikayət etdi

3 Fevral 2015 13:50 (UTC+04:00)

Azərbaycanda oğul atasından polisə şikayət edib.


Movqe.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, fevralın 2-də Ağcabədi rayonunun Mehrablı kəndində yaşayan Laçın rayon sakini Talıb Hətəmov Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək fevralın 1-də həyətinə gələn atası Əlif Hətəmovun sərxoş vəziyyətdə tüfəngdən havaya 5 dəfə atəş açdığını bildirib. Ağcabədi RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 5 ədəd giliz, Əlif Hətəmovdan isə müvafiq sənədləri olan ov tüfəngi götürülüb. Ə.Hətəmov izahatında meşə zolağındakı vəhşi heyvanları qorxutmaq üçün atəş açdığını bildirib.


Araşdırmalar davam etdirilir.